DÇ: Güləş yığmalarımız Belqrada 26 pəhləvanla yollanır

Serbiyanın paytaxtı Belqradda keçiriləcək güləş üzrə dünya çempionatında iştirak edəcək Azərbaycan milli komandalarının heyəti açıqlanıb.

Arena.az xəbər verir ki, bununla bağlı bu gün Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında xüsusi tədbir keçirilib.

Federasiyasının rəhbər şəxsləri və yığma komandaların məşqçiləri bütün güləşçilərimizə uğurlar arzulayıblar. Onlar güləşçilərimizin vətənə yüksək nəticələrlə qayıdacaqlarına inandıqlarını bildiriblər.

Yığma komandalarımızın baş məşqçiləri ümumilikdə 26 idmançıya dəvət göndəriblər. Onlardan 10-u sərbəst, 10-u yunan-Roma, 6-sı isə qadın güləşçidir.

Xatırladaq ki, sentyabrın 16-da start veriləcək dünya çempionatına ayın 24-də yekun vurulacaq.

Dünya çempionatında ölkəmizi təmsil edəcək güləşçilər bunlardır:

Sərbəst güləş

57 kq. Əliabbas Rzazadə
61 kq. İntiqam Vəlizadə
65 kq. Hacı Əliyev
70 kq. Maqomed-Başir Xaniyev
74 kq. Turan Bayramov
79 kq. Orxan Abasov
86 kq. Abubakr Abakarov
92 kq. Osman Nurmaqomedov
97 kq. Maqomedxan Maqomedov
125 kq. Georgi Meşvildişvili

Qadın güləşi

50 kq. Mariya Stadnik
53 kq. Elnurə Məmmədova
57 kq. Jalə Əliyeva
59 kq. Alyona Kolesnik
62 kq. Elis Manolova
65 kq. Birgül Soltanova

Yunan-Roma güləşi

55 kq. Eldəniz Əzizli
60 kq. Nihat Məmmədli
63 kq. Murad Məmmədov
67 kq. Həsrət Cəfərov
72 kq. Ülvü Qənizadə
77 kq. Sənan Süleymanov
82 kq. Rafiq Hüseynov
87 kq. İslam Abbasov
97 kq. Arif Niftullayev
130 kq. Beka Kandelaki

Qeyd edək ki, l-S kateqoriyalı hakimlərimizdən Asif Şirəliyev və Sədi Quliyev mundialda ədaləti qoruyanlar arasında olacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: