“Barselona”nın idman direktoru Deku gələn il keçiriləcək 2026-cı il FIFA Dünya Kubokunun favoriti haqda qənaətini açıqlayıb.
Arena.az “Mundo Deportivo” nəşrinə istinadən, Dekunun müvafiq açıqlamasını təqdim edir:
“İspaniya yığması hazırda daha çox təşkilatlanmış komandadır. İspaniya yığması dünya çempionatını qazanmağa əsas namizədlər arasındadır. Həmçinin Argentina yığmasını da nəzərə almaq gərəkdir, onların çox yaxşı məşqçisi (47 yaşlı argentinalı mütəxəssis Lionel Skaloni) var.
Bu iki favoritdən sonra, mən Braziliya yığmasının aıdını çəkərdim, həmçinin Fransa, Portuqaliya yığmalarının və hazrda təşəkkültapma mərhələsində olan Almaniya yığmasının”, deyə Deku bildirib.
Xatırladaq ki, DÇ-2026 ABŞ, Meksika və Kanadada keçiriləcək. 48 komandanın iştirakı ilə təşkil ediləcək yarış 2026-cı ilin iyun-iyul aylarında baş tutacaq.


