Fransa millisinin və PSJ-nin vingeri Usman Dembele yeni baş məşqçi Zinəddin Zidanın rəhbərliyi altında oynamaqdan məmnun olduğunu bildirib.
Arena.az xəbər verir ki, 29 yaşlı futbolçu Zidanın ona meydanda daha çox sərbəstlik verdiyini deyib.
“Zinəddin Zidan mənə sərbəstlik verib. Bu, xoşuma gəlir! Komanda yoldaşlarıma kömək edə bilirəm. Bu yanaşma mənə PSJ-də etdiklərimizi xatırladır”, – deyə Dembele bildirib.
Qeyd edək ki, 54 yaşlı Zinəddin Zidan iyul ayında Fransa millisinin baş məşqçisi təyin olunub. Tərəflər 2030-cu ilə qədər nəzərdə tutulan uzunmüddətli müqavilə imzalayıblar.
Zidanın rəhbərliyi altında Fransa Millətlər Liqasının yeni mövsümünə uğurlu start verib. Komanda ilk iki turda 6 xal toplayaraq A1 qrupunda turnir cədvəlinə başçılıq edir.
Fransa millisini oktyabrın 2-də növbəti sınaq gözləyir. Zidanın komandası doğma meydanda İtaliya yığmasını qəbul edəcək.


