Dennis Praet “Lester Siti”ni tərk etdi – Belçika klubuna görə

Futbol üzrə Belçika milli komandasının mərkəz yarımmüdafiəçisi Dennis Praet İngiltərənin “Lester Siti” klubundan ayrılıb.

Arena.az xəbər verir ki, 30 yaşlı futbolçu azad agent kimi Belçikanın “Antverpen” klubuna keçib.

Təcrübəli yarımmüdafiəçi yeni klubu ilə 2+1 illik müqaviləyə imza atıb.

Dennis Praet peşəkar karyerasına Belçikanın “Anderlext” klubunda başlayıb. İtaliyada “Sampdoriya”nın da formasını geyinmiş yarımmüdafiəçi 2019-cu ildən “Lester Siti”nin uğurları üçün çalışırdı. O, İngiltərə klubunun heyətində 107 oyuna çıxıb, 5 qol və 7 məhsuldar ötürmə müəllifi olub.

Praet Belçikanın müxtəlif yaş qrupları üzrə yığmalarında çıxış edib. 2014-cü ildə əsas millidə debüt etmiş futbolçu bu komandanın heyətində 15 oyuna çıxıb, 2 qol və 2 assistlə yadda qalıb.

“Transfermarkt” internet-portalı 30 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: