Devid Kennedi: “Red Bull” mövsümün bütün yürüşlərini qazanacaq”

Formula 1 üzrə mütəxəssis Devid Kennedi “Red Bull”un 2023 mövsümünün ikinci yarısında mümkün nəticələri haqda fikrini paylaşıb.

Arena.az xəbər verir ki, sabiq irland pilot “PlanetF1” portalına açıqlamasında bunları söyləyib:

“Son illərdə bolidlərin inkişafının hansı sürətlə getdiyini görürdünüz. Məni heyrətləndirir ki, digər komandalar “Red Bull”un səviyyəsinə heç yaxınlaşmayıblar. Hal-hazırda onların mühəndislik, maşınların məhsuldarlığı və mühərrik məhsuldarlığı baxımından sehrli tozları var və əlbəttə ki, Maks öz formasının zirvəsindədir. Kiməsə bu kombinasiyanı sıradan çıxarmaq çətin olacaq. Belə görünür ki, “Red Bull” mövsümün bütün yürüşlərini qazanacaq”.

Formula 1 üzrə dünya çempionatının 2023-cü il mövsümündə “Red Bull” həm Mühəndislər Kubokunda, həm də yürüşlərdə mütləq liderdir. Ən yaxın təqibçilərinin belə, “buğalar”a nəzəri cəhətdən yaxın düşmək şansı yoxdur. Belə ki, Mühəndislər Kubokunda lider “Red Bull” ikinci sırada qərarlaşmış “Mersedes”i 256 xal qabaqlayır. “Buğalar”ın pilotları keçirilmiş 12 qran-prinin hamısında qələbə qazanıblar. “Buğa” Maks Ferstappen isə təkbaşına 10 yürüşdən qalib ayrılıb.

Xatırladaq ki, Devid Kennedi 80-ci illərdə “Shadow” komandasında çıxış edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: