Devis Vaskes “Milan”la müqavilə bağladı

Paraqvayın “Quarani” klubunun kolumbiyalı qapıçısı Devis Vaskes bundan sonra karyerasını “Milan”da davam etdirəcək. Arena.az xəbər verir ki, A Seriyası təmsilçisi 24 yaşlı qolkiperi transfer etdiyini rəsmi saytı vasitəsilə açıqlayıb.

Tərəflər müddəti 2026-cı ilin 30 iyununa qədər olan müqaviləyə imza atıblar. O, yeni komandasında 77 nömrəli formanı geyinəcək.

“Milan” bu transfer üçün Paraqvay klubuna 470 min avro ödəyib.

Devis Vaskes 2020-ci ilin yanvarından “Quarani”nin uğurları üçün çalışırdı. O, Paraqvay təmsilçisində 31 oyuna 44 qol buraxıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: