“Atletiko”nun baş məşqçisi Dieqo Simeone İspaniya çempionatının 4-cü turunda “Atletik”ə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, Madrid təmsilçisi səfər oyununda 0:3 hesablı məğlubiyyətə üzülüb.
Bilbaoda keçirilmiş qarşılaşmanın ilk hissəsində “Atletiko” layiqli oyun nümayiş etdirsə də, ikinci hissədə qısa müddət ərzində iki qol buraxaraq ağır məğlubiyyətlə üzləşib.
Dieqo Simeone qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında komandasının ağır məğlubiyyətinə belə aydınlıq gətirib:
“Oyun tamaşaçıların gördüyü kimi idi. İlk hissədə layiqli çıxış etdik, lakin daha sonra iki dəqiqəlik uğursuzluq yaşandı və epizodları düzgün oxumağı dayandırdıq. Rəqib bizi buna görə cəzalandırdı və “Atletik”in qələbəsi tamamilə layiqli idi.
Bu, komandanın qurulması prosesidir və belə enişlər qaçılmazdır”.


