Dimitrie Kamenoviç “Latsio”dan ayrıldı – İsveçrə klubuna görə

İtaliyanın “Latsio” klubunun serb sol cinah müdafiəçisi Dimitrie Kamenoviç icarə müqaviləsi əsasında “İverdon-Sport”a keçib.

Arena.az bu barədə İsveçrə klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

İcarə cari mövsümün – iyun ayının sonuna qədər hesablanıb. Amma müqavilədə satınalmaya dair şərt də nəzərdə tutulub.

Dimitrie Kamenoviç futbola Serbiyanın “Çukariçki” klubunda qədəm qoyub. Serb müdafiəçi karyerası ərzində “Latsio” və “Sparta”da (Praqa) çıxış edib.

Cari mövsümdə Kamenoviç “Latsio”nun heyətində heç bir oyun keçirməyib. “Qartallar” futbolçunun fiziki formasını təmin etmək və oyun təcrübəsinə nail olmaq məqsədilə Kamenoviçi icarəyə göndərməyə qərara alıblar.

Kamenoviçin qənimətlər muzeyində “Sparta” ilə 2022/2023 mövsümündə qazandığı Çexiya çempionluğu var.

Dimitrie Serbiyanın U-15, U-16, U-17, U-18, U-19, U-21 yığmalarına cəlb edilib, əsas yığmaya isə hələ dəvət almayıb.

“Transfermarkt” inernet-portalı 23 yaşlı serb sol cinah müdafiəçisinin transfer dəyərini 500 min avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: