Dmitri Nazarov 90 dəqiqə oynadı, komandası 4 qola üzüldü

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 26-cı turdan təxirə salınmış bir oyun keçirilib. Arena.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” səfərdə “Hamburq”la qarşılaşıb.

Futbolçumuzun komandası bu oyundan ağır məğlubiyyətlə ayrılıb. Aue təmsilçisi 4 cavabsız qola üzülüb.

Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

28 oyuna 19 xal toplamış “Ersgebirge” 18 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: