2027-ci ilin sentyabr ayında bədii gimnastika üzrə dünya çempionatı Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək. Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, müvafiq qərar Beynəlxalq Gimnastika Federasiyasının Şurasının Türkiyənin Antalya şəhərində baş tutan iclasında səsvermə yolu ilə qəbul edilib. Yarış 15-19 sentyabrda Milli Gimnastika Arenasında təşkil olunacaq.
Xatırladaq ki, sözügedən yarışı təşkil etmək üçün Azərbaycanla yanaşı İsrail də namizədliyini irəli sürmüşdü.
Bu, Azərbaycanın bədii gimnastika üzrə təşkil edəcəyi 3-cü dünya çempionatı olacaq. Bakı şəhəri daha öncə 2005 və 2019-cu illərdə də mundiallara ev sahibliyi edib.


