Oktyabrın 23-dən 29-na qədər Albaniyanın paytaxtı Tiranada 23 yaşadək güləşçilər arasında dünya çempionatı keçiriləcək.
Arena.az xəbər verir ki, mundialda Azərbaycan yığmaları da mübarizə aparacaq.
Azərbaycan Güləş Federasiyası bu dünya çempionatı üçün 25 güləşçimizin sifariş olunduğunu açıqlayıb.
Mundialın ilk günlərində baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov və məşqçi Taymuraz Kokoyevin rəhbərliyi altında 9 sərbəst güləşçimiz çıxış edəcək:
Rəhman İmanov (57 kq)
Ceyhun Allahverdiyev (61 kq)
Zirəddin Bayramov (65 kq)
Kənan Heybətov (70 kq)
Cəbrayıl Qadjiyev (74 kq)
Əşrəf Aşırov (79 kq)
Arseni Djioyev (86 kq)
Abdulcəlil Şabanov (92 kq)
Vaxit Qalayev (125 kq)
Daha sonra qadın güləşçilər mübarizəyə qoşulacaq. Böyük məşqçi Toğrul Əsgərov və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında bu idmançılarımız güləşəcəklər:
Elnurə Məmmədova (50 kq)
Əsmər Cankurtaran (53 kq)
Jalə Əliyeva (57 kq)
Birgül Soltanova (62 kq)
Nigar Mirzəzadə (65 kq)
Mərziyə Sadıqova (72 kq)
DÇ-nin son günlərində yunan-Roma güləşi üzrə millimiz tam heyətlə uğur qazanmağa çalışacaq. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyev və Elvin Mürsəliyevin rəhbərliyi altında bu güləşçilərimiz mübarizə aparacaq:
Fərid Sadıxlı (55 kq)
Nihad Quluzadə (60 kq)
Ziya Babaşov (63 kq)
Həsən Məmmədli (67 kq)
Ruslan Nurullayev (72 kq)
Xasay Həsənli (77 kq)
Elcan Məmmədov (82 kq)
Məhəmməd Əhmədiyev (87 kq)
Murad Əhmədiyev (97 kq)
Sərxan Məmmədov (130 kq)
Qeyd edək ki, 1-ci dərəcəli hakim İntiqam Alıyev Tiranada ədaləti qoruyanlar sırasında yer alacaq.


