Dünya çempionatı: Camal Abbasov bürünc medal qazandı

Türkiyənin İstanbul şəhərində 17 yaşadək güləşçilər arasında təşkil olunmuş U-17 dünya çempionatı bu gün başa çatıb.

Arena.az xəbər verir ki, yarışın 6-cı günündə daha 5 çəkidə sərbəst güləşçilər mübarizəyə qoşulmuşdular. Onlar bu gün qalibləri müəyyənləşdiriblər.

Sədrəddin Həsənov (51 kq) ötən ün türkiyəli Kahraman Eskiyə 4:1 hesabıyla qalib gələrək 1/4 finala yüksəlsə də, hindistanlı Rohit Rohitə uduzmuşdu – 0:4. Rəqib finala yüksəldiyi üçün Həsənov təsəlliverici görüşdə iştirak hüququ qazanmşdı. Bu gün Sədrəddin ötən il dünya ikincisi olmuş amerikalı Kristian Kasiltyo üzərində inamlı qələbə qazanıb – 12:6. Lakin güləşçimiz bürünc medal uğrunda qarşılaşmada rusiyalı Usman İndirbayevlə bacarmayıb – 2:10.

Camal Abbasov (60 kq) ötən gün qazaxıstanlı Yerali Jenissov (6:0), amerikalı Benjamin Davino (5:0) və türkmənistanlı Bekjan Ruslanov (10:0) üzərində inamlı qələbə qazanaraq yarımfinala vəsiqə qazanmşdı. Lakin Abbasov yarımfinalda iranlı Səcad Pirdayehlə gərgin mübarizə şəraitində keçən qarşılaşmadan məyus ayrılmışdı – 2:3. Camal bu gün bürünc medal uğrunda Puerto-Riko təmsilçisi Yandro Rivera ilə güləşib və 6:0 hesablı qələbəylə dünya üçüncüsü olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: