Macarıstanın paytaxtı Budapeşt şəhərində təşkil olunmuş yüngül atletika üzrə 2023-cü il dünya çempionatı davam edir.
Arena.az xəbər verir ki, çempionatın ikinci günündə qadınların 20 km məsafəyə piyada idman yürüşü növü üzrə yarış keçirilib. Bu növdə qızıl medalı ispan atlet Mariya Peres qazanıb.
Peres məsafəni 1:26.51 vaxt göstəricisi ilə qət edib. Gümüş medala qalibdən 25 saniyə geri qalmış, 1:27,16 vaxt göstəricisi ilə avstraliyalı Cemayma Montaq sahib olub. Bürünc mükafata isə 1:27.26 nəticə ilə İtaliya idmançısı Antonella Palmizano yiyələnib.
Xatırladaq ki, yüngül atletika üzrə dünya çempionatı avqustun 19-dan 27-dək davam edəcək. Rusiya və Belarus idmançıları Ukrayandakı məlum hadisələr nəticəsində hər iki ölkəyə tətbiq edilmiş qadağalara görə, dünya çempionatında təmsil edilmirlər.