Dünya çempionatı: Milli komandamız 2 “gümüş”lə 5-ci oldu

Serbiyanın paytaxtı Belqrad şəhərində böyüklər arasında təşkil olunmuş güləş üzrə dünya çempionatı davam edir.

Arena.az xəbər verir ki, bu gün mundialda sərbəst güləş üzrə yarışa yekun vurulub.

DÇ-də iki gümüş medal əldə edən millimiz 66 xalla komanda hesabında 5-ci yeri tutub.

Müqayisə üçün qeyd edək ki, ötən il yığmamız 2 bürünc medal qazanaraq 42 xalla 8-ci yeri tutmuşdu.

Yığmamız 6 olimpiya çəkisindən cəmi birində (97 kq) Olimpiadaya vəsiqə qazanıb. Buna Maqomedxan Maqomedov nail olub.

Bu yarışda ilk “3-lük”də müvafiq olaraq ABŞ (148), İran (110) və Gürcüstan (80) yığmaları yer alıblar.

Belqraddakı dünya çempionatı sentyabrın 24-nə qədər davam edəcək. Azərbaycan yığmaları mundiala 26 güləşçi ilə yollanıb. l-S kateqoriyalı hakimlərimizdən Asif Şirəliyev və Sədi Quliyev də mundialda ədaləti qoruyanlar arasında yer alıblar.

Sonda onu da qeyd edək ki, gələn il 2 lisenziya turniri keçiriləcək. 4-7 apreldə Bakıda təşkil ediləcək Avropa Olimpiya Təsnifat turnirində hər çəkidə ilk 2 yerin sahibi Olimpiadaya vəsiqə əldə edəcək. 9-12 mayda İstanbulda baş tutacaq Dünya Olimpiya Təsnifat turnirində isə ilk 3 yerin sahibi Paris Olimpiadasına vəsiqə qazanacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: