Dünya çempionatında idmançıları daşıyan elektrokarlar toqquşdu

Budapeştdə keçirilən yüngül atletika üzrə dünya çempionatında kiçik yol-nəqliyyat hadisəsi baş verib.

Arena.az xəbər verir ki, stadionun yaxınlığında 200 metr məsafəyə qaçış üzrə yarışın yarımfinalına yollanan idmançıların olduğu elektrik avtomobilləri toqquşub.

Avtomobildə 100 metr məsafəyə qaçış üzrə dünya çempionu Noa Laylz da olub.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Laylz və həmkarları stadiona çatdırılıb və yarışda iştirak ediblər. Ən yaxşı nəticəni də elə Laylz göstərib – 19,76 saniyə.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: