Eddi Hau: “Nyukasl” məğlubiyyətə layiq deyildi, amma…”

“Nyukasl”ın baş məşqçisi Eddi Hau Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda Dortmund “Borussiya”sına məğlubiyyəti (1:2) şərh edib.

Arena.az BBC-yə istinadən Haunun müvafiq xüsusda fikirlərini təqdim edir:

“Rəqibimiz taktiki cəhətdən yaxşı idi, mərkəzi hissələrdə daim bizə fəsad yaradırdı. Bununla belə, ikinci hissədə biz daha yaxşı idik, amma top inadla qapıya getirdii. Unutmayın ki, biz yüksək səviyyəli komandalarla oynayırıq. Kiçik bir səhv etsəniz, dərhal cəzalandırılacaqsınız.

İkinci hissədə daha fəal oynamağa, imkanlar yaratmağa başladıq, amma stadionumuzun qapısı bizə kömək etmədi. İndi qrupdan çıxmaq üçün çox çalışmalıyıq.

Çətin olacaq, amma biz Çempionlar Liqasındayıq. Heç nə asan başa gəlmir. Biz üstümüzdəki tozu çırpıb gələn həftəyə hazır olmalıyıq. Düşünmürəm ki, “Borussiya” ilə oyunda məğlub olmağa layiq deyildik”, deyə Eddi Hau bildirib.

Dortmundlular “Nyukasl”ı məğlub etməklə xalını 4-ə çatdırıblar və şəxsi oyunda üstünlük sayəsində eyni xal toplamış “sağsağan”ları qabaqlaya biliblər. PSJ-nin 6 xalla lider olduğu “F” qrupunda “Borussiya” 2-ci, “Nyukasl” isə 3-cü yerdə qərarlaşıb. İtaliya nəhəngi “Milan” isə 2 xalla autsayderdir.

Xəbəri sosial şəbəkələrdə paylaş: