Ekklstoun: “Ferstappen bütün zamanların ən yaxşısıdır”

Formula 1-in keçmiş rəhbəri Berni Ekklstoun öz fikrincə bütün zamanların ən yaxşı pilotu ilə bağlı sualı cavablandırıb.

Arena.az “Dailiy Mail”ə istinadən Ekklstounun bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Maks bütün zamanların ən yaxşı yürüşçüsüdür. Şübhə yoxdur. Əvvəllər mən Alen Prostun adını çəkirdim. İndi deyirəm ki, bu, Maksdır. O, ən böyükdür. O, cəfəngiyyatla məşğul olmur və həmişə plana riayət edir. Mənim siyahımda o, Lyuis Hemiltondan yüksəkdir.
Lyuis, görünür, super-superağıllıdır və super-superistedadlı bir insandır. Lyuis insanları yaxşı anlayır və onlarla ünsiyyətdən mütləq fayda əldə edir, Maks isə maşından mütləq səmərə götürür. Onlar çox fərqlidirlər”, deyə Ekklstoun bildirib.

Xatırladaq ki, Ferstappen ikiqat dünya çempionudur, Hemiltonun isə yeddi çempionluğu var.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: