“Elçe” əzmkar qələbəyə sevindi

Futbol üzrə İspaniya La Liqasında 25-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Turun açılış matçında “Elçe” doğma meydanda “Rayo Valyekano” ilə qarşılaşıb. Üç qolun qeydə alındığı oyun meydan sahiblərinin əzmkar qələbəsiylə yekunlaşıb.

Bu tur iki matç xüsusilə diqqət çəkir. 6 oyundur qələbə qazana bilməyən “Valensiya” “Mestalya”da La Liqada 8 oyunluq məğlubiyyətsiz seriya yaxalayan “Barselona”nı qəbul edəcək.

Bask derbisində isə “Atletik” və “Real Sosyedad” münasibətlərinə aydınlıq gətirəcəklər.

İspaniya La Liqası
25-ci tur
18 fevral

Elçe – Rayo Valyekano 2:1
Qol: Karrilyo, 77. Ponse, 84 – F.Qarsiya, 52.

19 fevral

17:00. Qranada – Vilyarreal
19:15. Osasuna – Atletiko
21:30. Kadis – Xetafe
00:00. Real – Alaves

20 fevral

17:00. Espanyol – Sevilya
19:15. Valensiya – Barselona
21:30. Betis – Malyorka
00:00. Atletik – Real Sosyedad

21 fevral

00:00. Selta – Levante

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: