Elçin Məmmədov yenidən “Beşiktaş”ın oyununa təyinat aldı

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov Konfrans Liqasının qrup mərhələsinin oyununa təyinat alıb.

Arena.az xəbər verir ki, o, “Beşiktaş”la (Türkiyə) “Brügge” (Belçika) komandaları arasında baş tutacaq oyunda iş başında olacaq.

Məmmədov İstanbulda keçiriləcək bu qarşılaşmada UEFA Matç direktoru (UEFA Venue Director) qismində çalışacaq.

Noyabrın 30-da Türkiyənin İstanbul şəhərindəki “Beşiktaş Park” stadionunda baş tutacaq “Beşiktaş” – “Brügge” matçına Bakı vaxtı ilə saat 21:45-də start veriləcək.

Xatırladaq ki, Elçin Məmmədov bu mövsüm “Beşiktaş”ın qrup mərhələsindəki daha bir oyununda UEFA matç direktoru kimi çalışıb. O, oktyabrın 5-də Türkiyənin İstanbul şəhərindəki “Beşiktaş Park” stadionunda keçirilmiş “Beşiktaş” – “Luqano” matçına da təyinat almışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: