Azərbaycanlı FIFA referisi Elçin Məsiyev futbol üzrə UEFA Gənclər Liqasının qrup mərhələsinin oyununa təyinat alıb.
Arena.az xəbər verir ki, o, Almaniyanın “Bayer” və Danimarkanın “Kopenhagen” klublarının U-19 komandaları arasında keçiriləcək qarşılaşmanı idarə edəcək.
Bu barədə AFFA-nın rəsmi saytında məlumat verilib. Xəbərdə bildirilir ki, UEFA bu komandaların oyununu məhz azərbaycanlı hakimlərə tapşırıb. Baş hakim Elçin Məsiyev olacaqsa, ona yan xətt hakimləri Pərvin Talıbov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasının Mixael Baxer (Almaniya) yerinə yetirəcək.
Noyabrın 29-da Münhendə baş tutacaq A qrupunun bu qarşılaşmasına Bakı vaxtı ilə saat 19:00-da start veriləcək.


