Azərbaycanlı FIFA referisi Elçin Məsiyev UEFA Çempionlar Liqasının 2025/26 mövsümünün 2-ci təsnifat mərhələsinin oyununa təyinat alıb.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Bildirilir ki, Elçin Məsiyev UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Riyeka” (Xorvatiya) – “Ludoqorets” (Bolqarıstan) qarşılaşmasının baş hakimi olacaq.
Ona yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. İtaliyalı Canluka Aureliano VAR, digər referimiz Əliyar Ağayev isə AVAR kimi fəaliyyət göstərəcək.
Görüş iyulun 23-də Riyeka şəhərində yerləşən eyniadlı stadionda keçiriləcək.


