Futbol üzrə Azərbaycan millisinin sabiq mərkəz müdafiəçisi Elvin Yunuszadə Türkiyənin “Boluspor” komandasının heyətində ilk rəsmi oyununa çıxıb.
Arena.az ötən gecə Türkiyə Birinci Liqasında 2026/2027-ci illər mövsümünə start verilib. Çempionatın açılış matçında Elvin Yunuszadənin bir neçə gün əvvəl transfer olunduğu “Boluspor” öz meydanında “Manisa”nı qəbul edib.
Görüş qonaqların 2:1 hesablə əzmkar qələbəsi ilə yekunlaşıb. Bolu təmsilçisi 7-ci dəqiqədə hesabı açsa da, 35-ci və 45+4-cü dəqiqələrdə buraxdığı qollar nəticəsində məğlub olub.
Elvin də bu matçın iştirakçısı olub. O, meydan start heyətində çıxmaqla “Boluspor”da rəsmi debüt edib. Təcrübəli müdafiəçi 58-ci dəqiqədə əvəzlənib.
Xatırladaq ki, “Boluspor” Yunuszadənin karyerasında legioner həyatı yaşadığı üçüncü klubdur. Müdafiəçi daha öncə Bosniya və Herseqovinanın “Çelik”, Şimali Makedoniyanın “Şkupi” klublarında da forma geyinib. O, “Netçi”, “Qarabağ”, “Sabah”, “Səbail”, “Şamaxı”, “Kəpəz”, “İrəvan”, “Qəbələ” və “Karvan”ın da uğurları üçün çalışıb. Stopper mövqeyində çıxış edən Elvin Yunuszadə Azərbaycan millisinin də formasını geyinib. O, millimizin heyətində 3 oyuna çıxıb, 1 qola imza atıb.


