Elvin Yunuszadə və “Boluspor” üçün yeni mövsümdə ilk xal

Azərbaycan millisinin sabiq mərkəz müdafiəçisi Elvin Yunuszadə Türkiyənin “Boluspor” komandasının ilk xalına sevinib.

Arena.az Türkiyə Birinci Liqasında 2026/2027-ci illər mövsümünün 7-ci turunun oyunları keçirilir.

Yunuszadənin bu yay transfer olunduğu “Boluspor” bu gün öz meydanında “Pendikspor”la üz-üzə gəlib. Görüş 1:1 hesabı ilə yekunlaşıb.

Elvin bu matçın iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.

Beləliklə, “Boluspor” cari mövsümdə ilk xalını qazanıb. Komanda bundan öncə keçirdiyi 6 oyunun hamısından məğlubiyyətlə ayrılmışdı. Hazırda 1 xalı olan Bolu təmsilçisi 20 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb. Elvin bu görüşlərdən ikisində meydana çıxıb.

Xatırladaq ki, “Boluspor” Yunuszadənin karyerasında legioner həyatı yaşadığı üçüncü klubdur. Müdafiəçi daha öncə Bosniya və Herseqovinanın “Çelik”, Şimali Makedoniyanın “Şkupi” klublarında da forma geyinib. O, “Netçi”, “Qarabağ”, “Sabah”, “Səbail”, “Şamaxı”, “Kəpəz”, “İrəvan”, “Qəbələ” və “Karvan”ın da uğurları üçün çalışıb. Stopper mövqeyində çıxış edən Elvin Yunuszadə Azərbaycan millisinin də formasını geyinib. O, millimizin heyətində 3 oyuna çıxıb, 1 qola imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: