“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq İngiltərə Premyer Liqasının 30-cu turunda “Brentford”la oyunu (1:1) şərh edib.
Arena.az məlumat verir ki, oyun dramatikliyi ilə yadda qalıb.
“Qırmızı şeytanlar” oyunun təzminat vaxtında, 90+6-cı dəqiqədə yarımmüdafiəçi Meyson Mauntun dəqiq zərbəsi ilə hesabda önə keçiblər. Lakin “arılar” 90+9-cu dəqiqədə müdafiəçi Kristofer Ayerin sayəsində tarazlığı bərpa edə biliblər.
“Brentford” oyun boyu qazanmağı bizdən daha çox istəyirdi. Beynəlxalq fasilədən sonra əvvəlki kimi yüksək səviyyəli oyun nümayiş etdirə bilmədik. Bəli, bir xal qazandığımız üçün bəxtimiz gətirdi, amma sonda hesabda önə çıxsanız, o zaman oyunu qaçırmamalısınız”, – Erik ten Haq matçdan sonra jurnalistlərə açıqlamasında bildirib.
“Mançester Yunayted” Premyer Liqanın yarış cədvəlində 29 oyundan 48 xalla 6-cı, “Brentford” isə 30 oyundan 27 xalla 15-ci pillədədir. Premyer Liqanın zirvəsində “Arsenal” qərarlaşıb, 28 oyundan 64 xal toplamış “topçular” liderliyi eyni sayda oyundan eyni miqdarda xal toplamış “Liverpul”la bölüşürlər.


