“Mançester Siti”nin norçveçli qolçusu Erlinq Haland Premyer Liqanın 12-ci turunda “Çelsi”yə vurduğu ikinci qola münasibət bildirib.
Arena.az “Viaplay” dərgisinə istinadən Halandın bu barədə sözlərini təqdim edir:
“Hələ xayalarımla qol vurmamışdım. Odur ki bu, vacib bir inkişafdır”, deyə Haland tamamilə ciddi surətdə bildirib.
Xatırladaq ki, dünən, noyabrın 12-də İngiltərə Premyer Liqasının 12-ci turu çərçivəsində “Çelsi” “Stemford Bric”də “Mançester Siti”ni qonaq edib. Oyun 4:4 hesabı ilə başa çatıb. Haland bu görüşdə iki qol və bir məhsuldar ötürmə müəllifi olub.
Hazırda “Mançester Siti” 28 xalla Premyer Liqanın lideridir. “Çelsi” 16 xalla 10-cu pillədə qərarlaşıb. Haland isə 13 qolla Premyer Liqanın ən sərrast futbolçusudur.
Xatırladaq ki, Erlinq Haland “Mançester Siti”yə 2022-ci ilin iyulunda 60 milyon avro müqabilində Dortmund “Borussiya”sından keçib. Norveçi qolçunun “şəhərlilər”lə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Haland “şəhərlilər”in heyətində 18 oyuna 17 qol vurub və 4 məhsuldar ötürmə verib. Halandın “Siti”nin heyətində ümumi statistikası isə belədir: 71 oyun, 69 qol, 13 məhsuldar ötürmə.
Haland “Mançester Siti”də ilk mövsümündəcə İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun, UEFA Çempionlar Liqasının və UEFA Super Kubokunun qalibi olub.
Haland 2019-cu ilin sentyabrında debüt etdiyi Norveç yığmasının heyətində 28 oyun keçirib, 27 qol vurub, 3 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 23 yaşlı Erlinq Halandı 180 milyon avro məbləğində qiymətləndirir.



