Futbol üzrə Norveç yığmasının və İngiltərənin “Mançester Siti” klubunun hücumçusu Erlinq Haland 56 qolla mövsümün bombardiri olub.
Arena.az xəbər verir ki, dünən Haland AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Kipr yığması ilə oyunda (3:1) dörd dəqiqə ərzində dubla imza atıb.
Bu, Halandın mövsümdə son oyunu olub.
Erlin Haland 2022/2023 mövsümündə Avropanın “Böyük beşlik” oyunçuları arasında klub və yığma heyətində vurduğu qolların sayına görə birinci olub. Haland “Mançester Siti” və Norveç yığmasının heyətində cəmi 56 qol vurub.
Norveçli qolçu Kipr yığması ilə oyunda dublu sayəsində mövsümün bombardirləri siyahısında 54 qol vurmuş, PSJ-nin və Fransa yığmasının hücumçusu Kilian Mbappeni geridə qoyub.
Mövsümün bombardirləri siyahısında üçüncü yeri “Tottenhem”in və İngiltərə yığmasının hücumçusu Harri Keyn (40 qol) tutub. Dördüncü yerə ötən mövsüm PSJ-nin sabiq, hazırda “İnter Mayami”nin hücumçusu argentinalı ulduz Lionel Messi (38 qol) sahiblənib. Beşinci yeri isə “Barselona” və Polşa yığmasının hücumçusu Robert Levandovski (36 qol) tutub.


