İtaliyalı Eusebio Di Françesko yeni mövsümdə A Seriyasında mübarizə aparacaq “Venesiya”nın baş məşqçisi təyin olunub.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
54 yaşlı mütəxəssis bu vəzifədə Paolo Vanolini əvəzləyib. Tərəflər arasındakı müqavilə 2025/2026 mövsümünün sonuna kimi nəzərdə tutulub.
Xatırladaq ki, Paolo Vanolinin rəhbərliyi altında “Venesiya” ötən mövsüm İtaliya A Seriyasına vəsiqə qazanmışdı. Lakin o, mövsüm bitəndən sonra A Seriyasının digər təmsilçisi “Torino”nun baş məşqçisi təyin edilmişdi.
Eusebio Di Françesko son olaraq “Frozinone”yə rəhbərlik edib. O, 2023-cü ildən çalışdırdığı B Seriyası təmsilçisini məhz “Venesiya”dan aldığı təklifə görə tərk edib.
Di Françesko karyerası ərzində “Verona”, “Kalyrari”, “Sampdoriya”, “Roma”, “Sassuolo”, “Leççe” və “Peskara”da da baş məşqçi işləyib.


