Türkiyənin “Fənərbaxça” komandasının yeni baş məşqçisi müəyyənləşib. Arena.az xəbər verir ki, İstanbul təmsilçisini bundan sonra Jorje Jezus çalışdıracaq.
Bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb. Portuqaliyalı mütəxəssislə 1 illik müqavilə imzalanıb. 67 yaşlı məşqçi “Fənər”də ilinə 3 milyon avro maaş alacaq.
Jorje Jezus baş məşqçi postunda İsmail Kartalı əvəz edib. Portuqaliyalı mütəxəssis ölkəsində “Benfika”dakı uğurlarına görə tanınıb. O, “Flamenqo”, “Əl-Hilal”, “Sportinq”, “Braqa”, “Belenenseş”, “Unian Leyriya”, “Moreyrense”, “Vitoriya Gimaraynş” kimi klublarda da baş məşqçilik edib.
“Fənərbaxça” geridə qalan mövsümdə Super Liqanın gümüş medallarını qazanıb. İstanbul təmsilçisi Türkiyəni UEFA Çempionlar Liqasında təmsil edəcək.


