“Fənərbaxça” yeni transferini açıqladı

Türkiyənin “Fənərbaxça” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, İstanbul təmsilçisi Super Liqanın digər iştirakçısı “Adana Dəmirspor”dan Samet Akaydını transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı mərkəz müdafiəçisi ilə 3.5+1 illik müqavilə imzalanıb.

Türkiyə mətbuatının yazdığına görə, “Fənərbaxça” bu transfer üçün “Adana Dəmirspor”a 4 milyon avro ödəyib. Futbolçunun özü isə ilinə 15 milyon TL qazanacaq.

“Adana Dəmirspor” Samet Akaydını 2021-ci ildə “Keçiörengücü” klubundan transfer etmişdi. O, daha öncə “Arsinspor”, “Sancaktepe”, “Şanlıurfaspor” klublarında da forma geyinib. Türkiyə millisinə də dəvət alan futbolçu bu mövsüm 17 oyunda 2 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: