Fares Abu Akel bu gün də “Qəbələ”yə kömək edə bilməyəcək

Premyer Liqada mübarizə aparan “Qəbələ”nin İsraildən olan dayaq yarımmüdafiəçisi Fares Abu Akel hələ də zədəsini sağaltmayıb.

Arena.az xəbər verir ki, bu barədə əyalət təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Belə ki, “Qəbələ” bu gün Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində “Zirə” ilə qarşılaşacaq. Qəbələ şəhər stadionunda baş tutacaq oyunda meydan sahiblərinin bir futbolçusu iştirak etməyəcək. Belə ki, Fares Abu Akel hələ də zədədən sonra bərpa prosesi keçir.

Xatırladaq ki, Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Zirə” görüşünə saat 18:00-da start veriləcək. Artıq komandaların bu oyun üçün start heyətləri də açıqlanıb:

Qəbələ: 1. Rəşad Əzizli, 2. İlkin Qırtımov, 34. Ürfan Abbasov (k), 14. Ülvi İsgəndərov, 5. Rauf Hüseynli, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 99. Ahmed Ayzaya, 9. Əyyub Allaş, 10. Omar Hani.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 28. Murad Musayev, 12. Nicat Əliyev, 24. Xəyal Xudaverdiyev, 18. Mehrac Baxşalı, 71. Sənan Ağalarov, 3. Zurab Oçiqava, 72. Osama Xalayla, 17. Yaovi Akakpo, 8. Gilad Abramov.
Baş məşqçi: Elmar Baxşıyev.
Zirə: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 16. Fuad Bayramov, 9. Vladislav Kulaç, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 15. Pyer Zebli, 6. Eldar Quliyev, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 66. Pərviz Azadov, 52. Emil Bayramov, 5. Stefan Akka, 23. Andriya Lukoviç, 70. İssa Cibrila, 7. Filipe Paxtman.
Baş məşqçi: Rəşad Sadıqov.

Xəbəri sosial şəbəkələrdə paylaş: