Fares Abu Akel və Zurab Oçiqava “Səbail”ə qarşı oynamyacaqlar

“Qəbələ”nin iki futbolçusu – Fares Abu Akel və Zurab Oçiqava Premyer Liqanın 17-ci turunun “Səbail”lə oyununu buraxmalı olacaq.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, həm israilli yarımmüdafiəçi, həm də ukraynalı müdafiəçi hazırda bərpa kursu keçirlər. Bu üzdən də onları qarşıdakı oyunda komandaya kömək edə bilməyəcəklər. Fares Abu Akel uzun müddətdir yaşıl meydanlardan kənardadır. Zurab Oçiqava isə yenicə sıradan çıxıb.

Xatırladaq ki, “Qəbələ” Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində sabah “Səbail”lə üz-üzə gələcək. “Bayıl Arena”da keçiriləcək oyuna saat 13:00-da start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: