Federasiya Kubokunda sonuncu yarımfinalçı “Lids” oldu

Bu gün futbol üzrə İngiltərə Federasiya Kubokunda 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinə yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

İngiltərə Federasiya Kubokunda sonuncu yarımfinalçı “Vest Hem” – “Lids” matçında müəyyənləşib. Dörd qolun qeydə alındığı bu matçın əsas vaxtında qalib müəyyənləşməyib. Bu üzdən penaltilər seriyasına ehtiyac duyulub. 11 metrlik daha dəqiq yerinə yetirmiş “Lids” sonuncu yarımfinalçı olub.

Beləliklə, yarımfinalda “Çelsi” “Lids”lə, “Mançester Siti” isə “Sauthempton”la qarşılaşacaq. Bu oyunlar aprelin 25-də keçiriləcək.

İngiltərə, Federasiya Kuboku
1/4 final
4 aprel

Mançester Siti – Liverpul 4:0
Qollar: Haland, 39-pen; 45+2; Haland, 57. Semenyo, 50.

Çelsi – Port Veyl 7:0
Qollar: Hato, 2. J.Pedro, 25. Qabriel, 42-öz qapısına. Adarabioyo, 57. A.Santos, 69. Estevan, 82. Qarnaço, 90+2-pen.

Sauthempton – Arsenal 2:1
Qollar: Stüart, 35. Çarlz, 85 – Dyökereş, 68.

5 aprel

Vest Hem – Lids 2:2 (penaltilər 2:4)
Qollar: M.Fernandes, 90+3. Disasi, 90+6 – Tanaka, 26. Kalvert-Lyuin, 74-pen.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: