Fernando Alonso tarixi rekorda imza atdı

“Aston Martin”in ispan pilotu Fernando Alonso Sinqapur qran-prisində uğursuz çıxış etsə də, son mərhələ 42 yaşlı pilot üçün tarixi olub.

Arena.az məlumat verir ki, ikiqat dünya çempionu (2005, 2006) Formula 1 tarixində yürüşlərdə 100 min kilometrdən çox məsafə qət etmiş ilk pilot kimi tarixə düşüb.

Xatırladaq ki, cari mövsüm Alonsonun Formula 1-də 20-ci mövsümüdür.

Ən çox məsafə qət etmiş pilotların ilk onluğunu diqqətinizə çatdırırıq:

  1. Fernando Alonso (İspaniya) – 100,2 min km;
  2. Luis Hamilton (Böyük Britaniya) – 93,5 min km;
  3. Kimi Raykkönen (Finlandiya) – 92,6 min km;
  4. Sebastyan Fettel (Almaniya) – 82,9 min km;
  5. Mixael Şumaxer (Almaniya) – 81,2 min km;
  6. Censon Batton (Böyük Britaniya) – 80,9 min km;
  7. Rubens Barrikello (Braziliya) – 80,6 min km;
  8. Felipe Massa (Braziliya) – 74,3 min km;
  9. Serxio Peres (Meksika) – 70,4 min km;
  10. Daniel Rikkardo (Avstraliya) – 64,9 min km.
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: