Futbol üzrə İspaniya millisinin hücumçusu Ferran Torres dünya çempionatının (DÇ-2026) Argentina ilə final matçının ən yaxşı oyunçusu seçilib.
Arena.az FIFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Argentina ilə həlledici görüşdə qələbə qolunu vuran Torres bu mükafata layiq görülüb.
İspaniya finalda Argentinanı əlavə vaxtda 1:0 hesabı ilə məğlub edib. Görüşə ehtiyat oyunçular skamyasında başlayan Ferran Torres 62-ci dəqiqədə meydana daxil olub və 106-cı dəqiqədə komandasına dünya çempionluğu qazandıran qolu vurub.
Torres dünya çempionatı finalında start heyətində meydana çıxmadan qələbə qoluna imza atan ikinci futbolçu olub. Bundan əvvəl bu uğura 2014-cü il mundialının finalında Almaniya millisinin hücumçusu Mario Götsе nail olmuşdu. Həmin görüşdə Almaniya Argentina üzərində əlavə vaxtda 1:0 hesablı qələbə qazanmışdı.
Qeyd edək ki, Ferran üçün DÇ-2026-da vurduğu qol turnirdə ilk və yeganə qol olub.
İspaniya millisi bu qələbə ilə tarixində ikinci dəfə dünya çempionu adını qazanıb. İspanların ilk mundial titulu 2010-cu ildə əldə olunmuşdu.


