FIFA, hazırda Türkiyə Birinci Liqasında mübarizə aparan “Pendikspor” klubuna maliyyə borcları səbəbilə ağır sanksiya tətbiq edib.
Arena.az bu barədə ali futbol qurumunun rəsmi internet saytına istinadən məlumat verir.
FIFA-nın açıqlamasında bildirilir ki, Türkiyə klubu üç transfer dövrü boyunca futbolçu transferi edə bilməyəcək. Bu qadağa 14 noyabr 2024-cü ildən qüvvəyə minib. “Pendikspor” klubunun rəhbərliyi borclarını ödəyə bilməsə, transfer qadağası 2026-cı ilin yay transfer dövrünə qədər davam edəcək. Bu vəziyyət, klubun heyətini gücləndirmə imkanlarını məhdudlaşdıraraq, həm idman, həm də təşkilati fəaliyyətlərinə ciddi təsir göstərə bilər.
Qeyd edək ki, İstanbul təmsilçisi ötən mövsüm Türkiyə Super Liqasında mübarizə aparıb. Hazırda isə bu komanda Türkiyə 1-ci Liqasında çıxış edir. Cari mövsümdə 12 oyun keçirmiş kollektiv 5 qələbə, 5 heç-heçə, 2 məğlubiyyət görüb və 17 xalla 13-cü sırada qərarlaşıb.


