“Barselona” baş məşqçisi Hans-Diter Flik “blauqrana”nın İspaniya La Liqasında cari mövsümün erkən çempionluğunu şərh edib.
Arena.az “Marca” nəşrinə istinadən, 60 yaşlı alman mütəxəssisin müvafiq qənaətini təqdim edir:
“Fikrimcə, mövsümün ikinci hissəsi xüsusilə inanılmaz idi. Biz bir görüşdə belə, məğlub olmadıq, bu, əladır. Komandamı, klubu və azarkeşlərimizi təbrik edirəm. Biz çox xoşbəxtik.
Güclü ruha malik olmaq nikbinlik doğurur. Milad tətillərindən sonra azarkeşlərimiz bizə çox yardımçı oldular. Super kubokdakı qələbəmiz isə bizə əminlik bəxş etdi. Oyunçularımız, Frenki de Yonq və digərləri özlərinin zirvələrinə vardılar, onların öz oyunlarını necə təkmilləşdirdiklərini görmək isə xoşdur. Mən çox xoşbəxtəm.
Adətən hər şey köklənmədən asılı olur, biz də həmişə nikbin düşünməyə çalışmışıq. Mən məşqləri, mövsümöncəsini görəndə… bizim, necə hücum etməyimizlə bağlı fərqli fəlsəfəmiz olub, komandam isə yaxşı uyğunlaşdı. “Barselona”ya qənimətlər qazanmaq gərəkdir, üç qənimət – bu, əladır. Mən Milandakı yarımfinaldan (“İnter”ə Çempionlar Liqasında məğlubiyyət – əlavə vaxtda 3:4 (əsas vaxt 3:3) – redaktorun qeydi) sonra mən həyəcan keçirirdim, amma üç qənimətlə, düşünürəm, klub da, oyunçular da, mən də – hamı məmnun ola bilər”, deyə “Hansi” Flik vurğulayıb.
36 turdan sonra “Barselona” 85 xalla İspaniya La Liqasının yarış cədvəlinin zirvəsində çempion olaraq qərarlaşıb.
Xatırladaq ki, “blauqrana” erkən çempionluğunu 36-cı tur çərçivəsində, əzəli rəqiblərindən biri “Espanyol”la səfər oyununda (2:0) rəsmiləşdirib.
Əlavə edək ki, Flik “Barselona”ya cari mövsümün İspaniya Super Kubokunu və İspaniya Super Kubokunu da qazandırıb.


