“Barseona”nın baş məşqçisi Hansi Flik “blauqrana”nın hücumçusu Lamin Yamalın aludə olduğu çox pis bir adətinə düzəliş verib.
Arena.az məlumat verir ki, 60 yaşlı alman mütəxəssis “Barselona”nın məşqçi zamanı 17 yaşlı ispaniyalı yeniyetməyə yaxınlaşaraq, Yamalın xeyli aşağı çəkdiyi şortunu yuxarı çəkib sahmanlayıb.
Flikin bunu bir ata qayğısı ilə, üzündə gülüşlə etdiyi görünür.
Xatırladaq ki, Yamalın bu şakəri dəfələrlə gözə çarpıb. Yeniyetmə ulduz hoqqabazlığını “Barselona”nın məşqlərində, həmçinin İspaniya yığmasının heyətində vurduğu qolların birindən sonra da nümayiş etdirib. Eləcə də, Yamal sosial şəbəkələrdə bir qayda olaraq belə hoqqabazlıq edir.
Daha əvvəl isə “Real”ın və Niderland yığmasının keçmiş yarımmüdafiəçisi Rafael van der Vart yeniyetmə futbolçunun müvafiq davaranışının yolverilməz və qeyri-ciddi olduğunu vurğulayaraq, tənqidi mövqe nümayiş etdirmişdi.


