Madrid “Real”ının prezidenti Florentino Peres yeni transfer Xoselu haqda danışıb, yay transfer pəncərəsinə dair maraqlı açıqlama verib.
Arena.az “Madrid Xtra”ya istinadən Peresin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Xoselunun rəsmi olaraq “Real”ın oyunçusu olduğunu söyləmək olarmı? Bəli, o, gələn həftə kluba gələcək. Başqa transferlər olacaqmı? Xeyr”.
Xatırladaq ki, “Real” Səudiyyə Ərəbistanı Liqasına keçmiş hücumçusu Kərim Benzemanın əvəzinə yeni hücumçu gətirməklə komandanın hücum potensialını bərpa etməyi düşünür. Bu məqsədlə, “Kral klubu” “Espanyol”un ötən mövsümdə yüksək səviyyəli oyun və məhsuldarlıq nümayiş etdirmiş 33 yaşlı hücumçusu Xoselunu uyğun görür.
Daha əvvəl, “Real” prezidenti maraq dairəsində saxladığı, “Tottenhem”in 29 yaşlı hücumçusu Harri Keyni Madridə gətirmək fikrindən daşındığı haqda məlumat verilmişdi.


