Formula 1 üzrə dünya çempionatının növbəti – 2024-cü il mövsümünün təqvimi müəyyənləşib. Arena.az xəbər verir ki, bu barədə yarışın rəsmi saytı məlumat yayıb.
Təqvimdə növbəti Azərbaycan qran-prisinin də vaxtı açıqlanıb. Gələn il Bakının ev sahibliyi edəcəyi qran-pri 13-15 sentyabrda təşkil olunacaq. Azərbaycan qran-prisi ilk dəfə sentyabra təsadüf edəcək. Bakıdakı yarışlar indiyə qədər adətən yaz aylarında gerçəkləşib.
Ümumilikdə 24 yarışın baş tutacağı növbəti mövsümə fevralın 29-da Bəhreyn qran-prisi ilə start veriləcək. İlin son yarışı isə 6-8 dekabrda Əbu-Dabidə olacaq.
Çin pandemiyadan sonra ilk dəfə qran-pri təşkil edəcək. Təbii ki, sözügedən ölkə gələn növbəti dəfə pandemiyanı bəhanə edib, yarışdan imtina etməsə.
Beləliklə, Formula 1 üzrə 2024-cü ilin təqvimi belədir:
29 fevral – 2 mart. Bəhreyn qran-prisi (Saxir)
7 – 9 mart. Səudiyyə Ərəbistanı qran-prisi (Ciddə)
22 – 24 mart. Avstraliya qran-prisi (Melburn)
5 – 7 aprel. Yaponiya qran-priis (Suzuka)
19 – 21 aprel. Çin qran-prisi (Şanxay)
3 – 5 aprel. ABŞ qran-prisi (Mayami)
17 – 19 may. İtaliya qran-prisi (İmola)
24 – 26 may. Monako qran-prisi (Monako)
7 – 9 iyun. Kanada qran-prisi (Monreal)
21 – 23 iyun. İspaniya qran-prisi (Barselona)
28 – 30 iyun. Avstriya qran-prisi (Şpilberq)
5 – 7 iyul. Böyük Britaniya qran-prisi (Silverston)
19 – 21 iyul. Macarıstan qran-prisi (Budapeşt)
26 – 28 iyul. Belçika qran-prisi (Spa)
23 – 25 avqust. Niderland qran-prisi (Zandvort)
30 avqust – 1 sentyabr. İtaliya qran-prisi (Montsa)
13 – 15 sentyabr. Azərbaycan qran-prisi (Bakı)
20 – 22 sentyabr. Sinqapur qran-prisi (Sinqapur)
18 – 20 sentyabr. ABŞ qran-prisi (Austin)
25 – 27 sentyabr. Meksika qran-prisi (Mexiko)
1 – 3 noyabr. Brziliya qran-prisi (San Paulo)
21 – 23 noyabr. ABŞ qran-prisi (Las Veqas)
29 noyabr – 1 dekabr. Qətər qran-prisi (Lusail)
6 – 8 dekabr. BƏƏ qran-prisi (Yas Marina)


