Formula 1: Avstriyada Corc Rassel ən sürətli oldu

Bu gün Formula 1 üzrə dünya çempionatında 2026-cı il mövsümünün növbəti mərhələsinin (8-ci qran-pri) həlledici yarışı baş tutub.

Arena.az xəbər verir ki, budəfəki yarış Avstriyada təşkil olunub.

Bu yarışda qələbəni “Mersedes”in sürücüsü Corc Rassel bayram edib. O, 71 dövrəlik yarışda üstünlüyünü sonadək qorumağı bacarıb. Maks Ferstappen (“Red Bull”) ikinci yeri tutubsa, “Mersedes”in digər pilotu Kimi Antonelli üçüncü yerlə kifayətlənib.

Beləliklə, geridə qalmış 8 mərhələdən sonra Kimi Antonelli 171 xalla vahid liderdir. İkinci yerdə onun komanda yoldaşı Corc Rassel (131) qərarlaşıb. “Ferrari”nin sürücüsü Luis Hamilton (125) isə ilk üçlüyü qapayır.

Mühəndislər Kubokunda “Mersedes” 302 xalla ilk sırada qərarlaşıb. “Ferrari” 204 xalla ikinci, “Maklaren” isə 159 xalla üçüncü yerdə gedir.

Formula 1 üzrə dünya çempionatında 2026-cı il mövsümünün növbəti – 9-cu qran-prisi Böyük Britaniyada keçiriləcək. Bu yarış iyulun 5-də Silverstonda təşkil olunacaq.

Formula 1 üzrə dünya çempionatı, 2026

Pilotların yarışında turnir cədvəli:

  1. Kimi Antonelli (Mersedes) – 171
  2. Corc Rassell (Mersedes) – 131
  3. Luis Hamilton (Ferrari) – 125
  4. Oskar Piastri (Maklaren) – 80
  5. Lando Norris (Maklaren) – 79
  6. Şarl Lekler (Ferrari) – 79
  7. Maks Ferstappen (Red Bull) – 73
  8. İsak Hacar (Red Bull) – 42
  9. Pyer Qasli (Alpin) – 41
  10. Liam Louson (Rasinq Bulls) – 30
  11. Oliver Berman (Haas) – 18
  12. Franko Kolapinto (Alpin) – 16
  13. Arvid Linblad (Rasinq Bulls) – 14
  14. Karlos Sayns (Uilyams) – 6
  15. Aleksander Albon (Uilyams) – 5
  16. Esteban Okon (Haas) – 3
  17. Qabriel Bortoleto (Audi) – 2
  18. Fernando Alonso (Aston Martin) – 1
  19. Niko Hulkenberq (Audi) – 0
  20. Serxio Peres (Kadillak) – 0
  21. Valtteri Bottas (Kadillak) – 0
  22. Lens Stroll (Aston Martin) – 0

Mühəndislər Kubokunda xal sıralaması:

  1. Mersedes – 302
  2. Ferrari – 204
  3. Maklaren – 159
  4. Red Bull – 115
  5. Alpin – 57
  6. Rasinq Bulls – 44
  7. Haas – 21
  8. Uilyams – 11
  9. Audi – 2
  10. Aston Martin – 1
  11. Kadillak – 0
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: