2026-cı ildə keçiriləcək Formula 1 üzrə dünya çempionatı çərçivəsində baş tutacaq Azərbaycan qran-prisinin vaxtı dəyişdirilib.
Arena.az xəbər verir ki, bu barədə Formula 1-in mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Bakıdakı mərhələ sentyabrın 24-26-sı aralığında təşkil olunacaq. Qurum daha əvvəl yarışın sentyabrın 25-27-si aralığında gerçəkləşəcəyini açıqlamışdı.
Bildirilib ki, dəyişikliyə səbəb sentyabrın 27-sinin Azərbaycanda Anım Günü kimi qeyd olunmasıdır.
Xatırladaq ki, bu il Azərbaycan qran-prisi sentyabrın 19-da start götürəcək və 3 gün davam edəcək.


