Bu gün Formula 1 üzrə dünya çempionatında 2025-ci il mövsümünün növbəti mərhələsi – 18-ci qran-prisi baş tutub.
Arena.az xəbər verir ki, budəfəki yarış Sinqapur şəhərində təşkil olunub.
Sinqapur qran-prisində “Mersedes”də çıxış edən Corc Rassel qalib gəlib. Britaniyalı sürücü 62 dövrəlik yarışda hamıdan sürətli olub. Bu, onun cari mövsümdəki 2-ci, karyerası ərzində 4-cü zəfərdir.
Son dörd mövsümün qalibi olan Maks Ferstappen (“Red Bull”) ikinci, “Maklaren”dən Lando Norris üçüncü olub.
Beləliklə, geridə qalmış 18 mərhələdən sonra Oskar Piastri (“Maklaren”) 336 xalla vahid liderdir. Onun komanda yoldaşı Lando Norris 314 xalla ikincidir. Maks Ferstappen (“Red Bull”) isə 273 xalla üçüncü pillədə qərarlaşıb.
Mühəndislər Kubokunda “Maklaren” 650 xalla ilk sırada qərarlaşıb. “Mersedes” 325 xalla ikinci, “Ferrari” isə 300 xalla üçüncü yerdə gedir.
Formula 1 üzrə dünya çempionatında 2025-ci il mövsümünün növbəti – 19-cu qran-prisi Amerika Birləşmiş Ştatlarında keçiriləcək. Texas ştatının Austin şəhərində baş tutacaq bu yarış oktyabrın 19-da təşkil olunacaq.
Formula 1 üzrə dünya çempionatı, 2025
Pilotların yarışında turnir cədvəli:
- Oskar Piastri (Maklaren) – 336
- Lando Norris (Maklaren) – 314
- Maks Ferstappen (Red Bull) – 273
- Corc Rassell (Mersedes) – 237
- Şarl Lekler (Ferrari) – 173
- Luis Hamilton (Ferrari) – 127
- Kimi Antonelli (Mersedes) – 88
- Aleksander Albon (Uilyams) – 70
- İsaak Hacar (Rasinq Bulls) – 39
- Niko Hulkenberq (Zauber) – 37
- Fernando Alonso (Aston Martin) – 34
- Karlos Sayns (Uilyams) – 32
- Lens Stroll (Aston Martin) – 32
- Liam Louson (Red Bull) – 30
- Esteban Okon (Haas) – 28
- Pyer Qasli (Alpin) – 20
- Yuki Tsunoda (Rasinq Bulls) – 20
- Qabriel Bartoleto (Zauber) – 18
- Oliver Berman (Haas) – 18
- Franko Kolapinto (Alpin) – 0
- Cek Duen (Alpin) – 0
Mühəndislər Kubokunda xal sıralaması:
- Maklaren – 650
- Mersedes – 325
- Ferrari – 300
- Red Bull – 290
- Uilyams – 102
- Rasinq Bulls – 72
- Aston Martin – 66
- Zauber – 55
- Haas – 46
- Alpin – 20


