Bu gün Formula 1 üzrə dünya çempionatında 2023-cü il mövsümünə start verilib. Arena.az xəbər verir ki, yeni mövsümün ilk mərhələsi ötən il olduğu kimi, yenə Bəhreyndə baş tutub.
Saxir avtodromunda keçirilən ilk qran-pri son çempion, “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappenin üstünlüyü şəraitində keçib. Maks 1:33:56.736 göstərici ilə finişə birinci çatıbsa, komanda yoldaşı Serxio Peres ikinci olub. “Aston Martin”in təcrübəli pilotu Fernando Alonso isə üçüncü yerlə kifayətlənib.
İlk turdan sonra Maks Ferstappen 25 xalla birinci, Serxio Peres 18 xalla ikinci, Fernando Alonso 15 xalla üçüncüdür.
Konstruktorların mübarizəsində “Red Bull” 43 xalla birincidir. “Aston Martin” 23 xalla ikinci, “Mersedes” 13 xalla üçüncü pillədə qərarlaşıb.
Formula 1 üzrə dünya çempionatında 2023 mövsümünün növbəti qran-prisi Səudiyyə Ərəbistanında keçiriləcək. Sözügedən yarış martın 19-da baş tutacaq.
Pilotların yarışında turnir cədvəli:
- Maks Ferstappen (Red Bull) – 25
- Serxio Peres (Red Bull) – 18
- Fernando Alonso (Aston Martin) – 15
- Karlos Sayns (Ferrari) – 12
- Luis Hamilton (Mersedes) – 10
- Lens Stroll (Aston Martin) – 8
- Corc Rassell (Mersedes) – 6
- Valtteri Bottas (Alfa Romeo) – 4
- Pyer Qasli (Alpine-Reno) – 2
- Aleksander Albon (Uilyams) – 1
- Yuki Tsunoda (Alfa Tauri) – 0
- Loqan Sarcent (Uilyams) – 0
- Kevin Maqnussen (Haas) – 0
- Nik De Vris (Alfa Tauri) – 0
- Niko Hulkenberq (Haas) – 0
- Jou Quanyu (Alfa Romeo) – 0
- Lando Norris (Maklaren) – 0
- Esteban Okon (Alpine-Reno) – 0
- Şarl Lekler (Ferrari) – 0
- Oskar Piastri (Maklaren)
Konstruktorların xal sıralaması:
- Red Bull – 43
- Aston Martin – 23
- Mersedes – 16
- Ferrari – 12
- Alfa Romeo – 4
- Alpine-Reno – 2
- Uilyams – 1
- Alfa Tauri – 0
- Haas – 0
- Maklaren – 0


