Formula 1-in cari mövsümünün Yaponiya qran-prisi yürüşdə qələbə qazanmadan toplanmış xallar üzrə rekordla əmamətdar olub.
Arena.az məlumat verir ki, “Maklaren”in britaniyalı pilotu Lando Norris yürüşlərdə qalib gəlmədən ən çox xal (543) toplamış pilot olmaqla, Formula 1-in mütləq rekorduna imza atıb.
Norris “Haas” təmsilçisi, alman pilot Niko Hülkenberqi (530 xal) qabaqlayıb.
Müvafiq göstərici üzrə ilk beşliyə həmçinin fransalı Romen Qrojan (391), alman Nik Haydfeld (259) və kanadalı Lans Stroll (241) daxildir.
Xatırladaq ki, Yaponiya qran-prisini “Red Bull”un holland pilotu Maks Ferstappen qazanıb. Bu, təcrübəli pilotun cari mövsümdə 13-cü qələbəsidir. Gümüş və bürünc medalları isə “Maklaren”in pilotları, müvafiq olaraq Lando Norris və avstraliyalı Oskar Piastri qazanıblar.


