Bu gün Formula 1 üzrə dünya çempionatında 2024-cü il mövsümünün növbəti mərhələsi – 23-cü qran-prisi baş tutub.
Arena.az xəbər verir ki, budəfəki qran-pri Qətərdə təşkil olunub.
Lusail şəhərindəki yarışda Maks Ferstappen 1-ci olub. Amerika Birləşmiş Ştatlarında baş tutmuş ötən qran-pridə 4-cü çempionluğunu rəsmiləşdirmiş niderlandlı sürücü bu dəfə 57 dövrəlik mübarizəni qalib başa vurub. “Red Bull” komandasının sürücüsü bu yarışda ikinci olan Şarl Leklerlə (“Ferrari”) Oskar Piastrini (“Maklaren”) qabaqlayıb.
Qeyd edək ki, bu, 27 yaşlı pilotun cari mövsümdə 9-cu, karyerasında isə 63-cü qələbəsidir.
23 turdan sonra 429 xala malik Maks Ferstappen vahid liderdir. Lando Norris (“Maklaren”) 349 xalla 2-ci, Şarl Lekler (“Ferrari”) isə 341 xalla 3-cü sırada qərarlaşıb.
Mühəndislər Kubokunda “Maklaren” 640 xalla zirvədə qərarlaşıb. İkinci olan “Ferrari” xallarının sayını 619-a çatdırıb, “Red Bull” isə 581 xalla üçüncüdür.
Formula 1 üzrə dünya çempionatında 2024 mövsümünün sonuncu – 24-cü qran-prisi Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək. Sözügedən yarış dekabrın 8-də Abu-Dabi şəhərində baş tutacaq.
Dünya çempionatı, 2024
Pilotların yarışında turnir cədvəli:
- Maks Ferstappen (Red Bull) – 429
- Lando Norris (Maklaren) – 349
- Şarl Lekler (Ferrari) – 341
- Oskar Piastri (Maklaren) – 291
- Karlos Sayns (Ferrari) – 272
- Corc Rassell (Mersedes) – 235
- Luis Hamilton (Mersedes) – 211
- Serxio Peres (Red Bull) – 152
- Fernando Alonso (Aston Martin) – 68
- Niko Hulkenberq (Haas) – 37
- Pyer Qasli (Alpin) – 36
- Yuki Tsunoda (Rasinq Bulls) – 30
- Lens Stroll (Aston Martin) – 24
- Esteban Okon (Alpin) – 23
- Kevin Maqnussen (Haas) – 16
- Aleksander Albon (Uilyams) – 12
- Daniel Rikkardo (Rasinq Bulls) – 12
- Oliver Berman (Ferrari) – 7
- Franko Kolapinto (Uilyams) – 5
- Jou Quanyu (Zauber) – 4
- Liam Louson (Rasinq Bulls) – 4
- Valtteri Bottas (Zauber) – 0
- Loqan Sarcent (Uilyams) – 0
Mühəndislər Kubokunda xal sıralaması:
- Maklaren – 640
- Ferrari – 619
- Red Bull – 581
- Mersedes – 446
- Aston Martin – 92
- Alpin – 59
- Haas – 54
- Rasinq Bulls – 46
- Uilyams – 17
- Zauber – 4


