Formula 1: Ferstappendən mövsümün 15-ci qələbəsi!

Bu gün Formula 1 üzrə dünya çempionatında 2023-cü il mövsümünün növbəti mərhələsi – 18-ci qran-prisi baş tutub.

Arena.az xəbər verir ki, budəfəki qran-pri Amerika Birləşmiş Ştatlarında təşkil olunub.

ABŞ qran-prisi də bu mövsüm çempionluğu təmin etmiş “Red Bull”un üzvü Maks Ferstappenin qələbəsiylə yekunlaşıb. Niderlanddan olan 25 yaşlı pilot 56 dövrəlik yarışı 1:35:21.362 göstərici ilə ilk sırada bitirib.

Bu, onun cari mövsümdə 15-ci qələbəsidir. Ferstappen bu mövsüm Bəhreyn, Avstraliya, Mayami, Monako, İspaniya, Kanada, Avstriya, Böyük Britaniya, Macarıstan, Belçika, Niderland, İtaliya, Yaponiya və Qətər qran-prilərinin də qalibi olmuşdu.

“Mersedes”in üzvü Luis Hamilton Texas ştatının Austin şəhərində keçirilən yarışda finiş xəttini ikinci keçib. İlk üçlüyü “Maklaren”in pilotu Lando Norris tamamlayıb.

Beləliklə, bu mövsüm geridə qalan 18 turdan sonra “Red Bull”un üzvləri Maks Ferstappen 466 xalla birinci, Serxio Peres isə 238 xalla ikinci pillədə qərarlaşıb. İlk üçlüyü 219 xala malik Luis Hamilton (“Mersedes”) qapayır.

Mühəndislər Kubokunda da “Red Bull” 704 xalla zirvədə qərarlaşıb. Xal hesabını 358-ə çatdıran “Mersedes” ikinci pillədə qalıb. “Ferrari” isə 327 xalla üçüncüdür.

Formula 1 üzrə dünya çempionatında 2023 mövsümünün növbəti qran-prisi Meksikada keçiriləcək. Sözügedən yarış oktyabrın 29-da baş tutacaq.

Dünya çempionatı, 2023

Pilotların yarışında turnir cədvəli:

  1. Maks Ferstappen (Red Bull) – 466
  2. Serxio Peres (Red Bull) – 238
  3. Luis Hamilton (Mersedes) – 219
  4. Fernando Alonso (Aston Martin) – 183
  5. Karlos Sayns (Ferrari) – 168
  6. Şarl Lekler (Ferrari) – 159
  7. Lando Norris (Maklaren) – 156
  8. Corc Rassell (Mersedes) – 139
  9. Oskar Piastri (Maklaren) – 83
  10. Pyer Qasli (Alpine-Reno) – 52
  11. Lens Stroll (Aston Martin) – 49
  12. Esteban Okon (Alpine-Reno) – 44
  13. Aleksander Albon (Uilyams) – 23
  14. Valtteri Bottas (Alfa Romeo) – 10
  15. Niko Hulkenberq (Haas) – 9
  16. Jou Quanyu (Alfa Romeo) – 6
  17. Yuki Tsunoda (Alfa Tauri) – 5
  18. Kevin Maqnussen (Haas) – 3
  19. Liam Louson (Alfa Tauri) – 2
  20. Loqan Sarcent (Uilyams) – 0
  21. Nik De Vris (Alfa Tauri) – 0
  22. Daniel Rikkardo (Alfa Tauri) – 0

Mühəndislər Kubokunda xal sıralaması:

  1. Red Bull – 704
  2. Mersedes – 358
  3. Ferrari – 327
  4. Maklaren – 239
  5. Aston Martin – 232
  6. Alpin-Reno – 96
  7. Uilyams – 23
  8. Alfa Romeo – 16
  9. Haas – 12
  10. Alfa Tauri – 7
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: