Bu gün Formula 1 üzrə dünya çempionatında 2025-ci il mövsümünün növbəti mərhələsi – 3-cü qran-prisi baş tutub.
Arena.az xəbər verir ki, budəfəki qran-pri Suzuka şəhərində təşkil olunub.
Yaponiya qran-prisi “Red Bull”un pilotu, ötən mövsümün qalibi Maks Ferstappenin qələbəsiylə yekunlaşıb. Niderlandlı 27 yaşlı pilot 53 dövrəlik yarışı ilk sırada bitirib. Bu, onun cari mövsümdə ilk, karyerası ərzində 64-cü qələbəsidir.
Cari mövsümün ilk qran-prisinin qalibi olmuş “Maklaren”in pilotu Lando Norris Yaponiyada ikinci yeri tutub. Onun komanda yoldaşı, ikinci qran-prinin qalibi olmuş Oskar Piastri isə üçüncü yerlə kifayətlənib.
Bu mərhələdən sonra Lando Norris 62 xalla liderdir. Maks Ferstappen 61 xalla ikinci pillədə qərarlaşıb. 3-cü yerdə gedən Oskar Piastrinin isə 49 xalı var.
Mühəndislər Kubokunda “Maklaren” 111 xalla ilk sırada qərarlaşıb. “Mersedes” 75 xalla ikinci, “Red Bull” 61 xalla üçüncüdür.
Formula 1 üzrə dünya çempionatında 2025-ci il mövsümünün növbəti – 4-cü qran-prisi Bəhreyndə keçiriləcək. Saxirdə baş tutacaq bu yarış aprelin 13-də təşkil olunacaq.
Formula 1 üzrə dünya çempionatı, 2025
Pilotların yarışında turnir cədvəli:
- Lando Norris (Maklaren) – 62
- Maks Ferstappen (Red Bull) – 61
- Oskar Piastri (Maklaren) – 49
- Corc Rassell (Mersedes) – 45
- Kimi Antonelli (Mersedes) – 30
- Şarl Lekler (Ferrari) – 20
- Aleksander Albon (Uilyams) – 18
- Luis Hamilton (Ferrari) – 15
- Esteban Okon (Haas) – 10
- Lens Stroll (Aston Martin) – 10
- Niko Hulkenberq (Zauber) – 6
- Oliver Berman (Haas) – 5
- İsaak Hacar (Rasinq Bulls) – 4
- Yuki Tsunoda (Rasinq Bulls) – 3
- Karlos Sayns (Uilyams) – 1
- Pyer Qasli (Alpin) – 0
- Fernando Alonso (Aston Martin) – 0
- Liam Louson (Red Bull) – 0
- Cek Duen (Alpin) – 0
- Qabriel Bartoleto (Zauber) – 0
Mühəndislər Kubokunda xal sıralaması:
- Maklaren – 111
- Mersedes – 75
- Red Bull – 61
- Ferrari – 35
- Uilyams – 19
- Haas – 15
- Aston Martin – 10
- Rasinq Bulls – 7
- Zauber – 9
- Alpin – 0


