Formula 1: Ferstappenlə “Red Bull”un seriyası Sinqapurda qırıldı

Bu gün Formula 1 üzrə dünya çempionatında 2023-cü il mövsümünün növbəti mərhələsi – 15-ci qran-prisi baş tutub.

Arena.az xəbər verir ki, budəfəki qran-pri Sinqapurda təşkil olunub.

“Marina Bey” trasında təşkil olunmuş Sinqapur qran-prisi “Ferrari” komandasının ispan pilotu Karlos Saynsın qələbəsiylə yekunlaşıb. O, 62 dövrəlik yarışı 1:46:37.418 göstərici ilə ilk sırada bitirib.

“Maklaren”in britaniyalı pilotu Lando Norris finiş xəttini ikinci keçib. İlk üçlüyü “Mersedes”in britaniyalı pilotu, yeddiqat dünya çempionu Luis Hamilton tamamlayıb.

Corc Rassel (“Mersedes”), Valtteri Bottas (“Alfa Romeo”), Esteban Okon (“Alpin”), Yuki Tsunoda (“Alfa Tauri”) yürüş zamanı sıradan çıxıblar. Lens Stroll isə yürüşdə iştirak etməyib.

Sinqapur Qran-prisi, yürüş cədvəli:

  1. Karlos Sayns (“Ferrari”) – 1:46:37.418;
  2. Lando Norris (“Maklaren”) +0,812;
  3. Lyuis Hemilton (“Mersedes”) +1,269;
  4. Şarl Lekler (“Ferrari”) +21,117;
  5. Maks Ferstappen (“Red Bull”) +21.441;
  6. Pyer Qasli (“Alpin-Reno”) +38.441;
  7. Oskar Piastri (“Maklaren”) +41,479;
  8. Serxio Peres (“Red Bull”) +54,534;
  9. Liam Louson (“Alfa Tauri”) +1.05.918;
  10. Kevin Maqnussen (“Haas”) +1.12.116;
  11. Alexander Albon (“Uilyams”) +1.13.417;
  12. Niko Hülkenberq (“Haas”) +1,23,649;
  13. Quanyuy Çjou (“Alfa Romeo”) +1.26.201;
  14. Loqan Sarcent (“Uilyams”) +1,26,889;
  15. Fernando Alonso (“Aston Martin”) +1,27,603.

Beləliklə ötən mövsümün qalibi, “Red Bull”un holland pilotu Maks Ferstappenin 10 qələbədən ibarət rekord yürüş silsiləsi başa çatıb. “Red Bull”un da qələbə seriyası qırılıb. Belə ki, cari mövsümdə baş tutmuş 14 qran-prinin hamısında məhz bu komanda qələbə sevinci yaşamışdı. Ferstappen 12, onun komanda yoldaşı Serxio Peres isə 2 qələbə qazanmışdı. Yeri gəlmişkən, onlar Sinqapurda finiş xəttinə müvafiq olaraq 5-ci və 8-ci sırada çatıblar.

Bu mövsüm geridə qalan 15 turdan sonra “Red Bull”un üzvləri Maks Ferstappen 374 xalla birinci, Serxio Peres isə 223 xalla ikinci pillədə qərarlaşıb. İlk üçlüyü 180 xala malik Luis Hamilton (“Mersedes”) qapayır.

Mühəndislər Kubokunda da “Red Bull” 597 xalla zirvədə qərarlaşıb. Xal hesabını 289-a çatdıran “Mersedes” ikinci pillədə qalıb. “Ferrari” isə 265 xalla üçüncüdür.

Formula 1 üzrə dünya çempionatında 2023 mövsümünün növbəti qran-prisi Yaponiyada keçiriləcək. Sözügedən yarış sentyabrın 24-də baş tutacaq.

Dünya çempionatı, 2023

Pilotların yarışında turnir cədvəli:

  1. Maks Ferstappen (Red Bull) – 374
  2. Serxio Peres (Red Bull) – 223
  3. Luis Hamilton (Mersedes) – 180
  4. Fernando Alonso (Aston Martin) – 170
  5. Karlos Sayns (Ferrari) – 142
  6. Şarl Lekler (Ferrari) – 123
  7. Corc Rassell (Mersedes) – 109
  8. Lando Norris (Maklaren) – 97
  9. Lens Stroll (Aston Martin) – 47
  10. Pyer Qasli (Alpine-Reno) – 45
  11. Oskar Piastri (Maklaren) – 42
  12. Esteban Okon (Alpine-Reno) – 36
  13. Aleksander Albon (Uilyams) – 21
  14. Niko Hulkenberq (Haas) – 9
  15. Valtteri Bottas (Alfa Romeo) – 6
  16. Jou Quanyu (Alfa Romeo) – 4
  17. Yuki Tsunoda (Alfa Tauri) – 3
  18. Kevin Maqnussen (Haas) – 3
  19. Liam Louson (Alfa Tauri) – 2
  20. Loqan Sarcent (Uilyams) – 0
  21. Nik De Vris (Alfa Tauri) – 0
  22. Daniel Rikkardo (Alfa Tauri) – 0

Mühəndislər Kubokunda xal sıralaması:

  1. Red Bull – 597
  2. Mersedes – 289
  3. Ferrari – 265
  4. Aston Martin – 217
  5. Maklaren – 139
  6. Alpin-Reno – 81
  7. Uilyams – 21
  8. Haas – 12
  9. Alfa Romeo – 10
  10. Alfa Tauri – 5
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: