Formula 1: Fransa qran-prisində son çempion sevindi

Formula 1 üzrə dünya çempionatında 2022-ci il mövsümü davam edir. Arena.az xəbər verir ki, bu gün mövsümün 12-ci qran-prisi baş tutub.

Le-Kastelledə təşkil olunmuş Fransa qran-prisi sonuncu dünya çempionu, bu mövsümün lideri olan Maks Ferstappenin qələbəsiylə yekunlaşıb. Niderlandlı sürücü 53 dövrəlik yarışda 1:30:02.112 göstərici ilə birinci olub. Bu, onun cari mövsümdə 7-ci belə zəfəridir.

“Mercedes”in təcrübəli pilotu, 7 qat dünya çempionu Luis Hamilton bu dəfə yarışı 2-ci sırada bitirib. Onun komanda yoldaşı Corc Rassel isə 3-cü olub.

“Ferrari”dən Şarl Lekler, “Alfa Tauri”dən Yuki Tsunoda (hər ikisi 17-ci dövrədə), “Haas”dan Kevin Maqnussen (37-ci dövrədə), “Uilyams”dan Nikolas Latifi (40) və “Alfa Romeo”dan Jou Quanyu (47-ci dövrə) yarışı sona çatdıra bilməyib.

Beləliklə, 12 turdan sonra Maks Ferstappen 233 xalla liderliyini qoruyub. Şarl Lekler 170 xalla 2-ci sırada qalıbsa, Serxio Peres də 163 xalla 3-cü pillədəki mövqeyini qoruyub.

Konstruktorların mübarizəsində də “Red Bull” 396 xalla zirvədə qərarlaşıb. “Ferrari” 314 xalla ikincidir. İlk üçlüyü 270 xalı olan “Mersedes” qapayır.

Formula 1 üzrə dünya çempionatında 2022 mövsümünün növbəti qran-prisi Macarıstanda keçiriləcək. Sözügedən yarış iyulun 31-də Modyorod şəhərində baş tutacaq.

Turnir cədvəli

Pilotların yarışında turnir cədvəli:

  1. Maks Ferstappen (Red Bull) – 233
  2. Şarl Lekler (Ferrari) – 170
  3. Serxio Peres (Red Bull) – 163
  4. Karlos Sayns (Ferrari) – 144
  5. Corc Rassell (Mersedes) – 143
  6. Luis Hamilton (Mersedes) – 127
  7. Lando Norris (Maklaren) – 70
  8. Esteban Okon (Alpine-Reno) – 56
  9. Valtteri Bottas (Alfa Romeo) – 46
  10. Fernando Alonso (Alpine-Reno) – 37
  11. Kevin Maqnussen (Haas) – 22
  12. Daniel Rikkardo (Maklaren) – 19
  13. Pyer Qasli (Alfa Tauri) – 16
  14. Sebastyan Fettel (Aston Martin) – 15
  15. Mik Şumaxer (Haas) – 12
  16. Yuki Tsunoda (Alfa Tauri) – 11
  17. Jou Quanyu (Alfa Romeo) – 5
  18. Lens Stroll (Aston Martin) – 3
  19. Aleksander Albon (Uilyams) – 4
  20. Nikolas Latifi (Uilyams) – 0

Konstruktorların xal sıralaması:

  1. Red Bull – 396
  2. Ferrari – 314
  3. Mersedes – 270
  4. Alpine-Reno – 93
  5. Maklaren – 89
  6. Alfa Romeo – 51
  7. Haas – 34
  8. Alfa Tauri – 27
  9. Aston Martin – 19
  10. Uilyams – 3
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: