Formula 1 üzrə 2021 mövsümünün 4-cü mərhələsi çərçivəsində İspaniya qran-prisi keçirilib.
Arena.az xəbər verir ki, budəfəki qran-pri Barselonada baş tutub.
Formula 1 çempionatının 4-cü mərhələsi də “Mersedes”in pilotu Luis Hamiltonun qələbəsi ilə yekunlaşıb.
İkinci yeri “Red Bull”dan Niderland idmançısı Maks Ferstappen tutub. “Mersedes”in digər pilotu – Finlandiya təmsilçisi Valtteri Bottas üçüncü olub.
Xatırladaq ki, Hamilton daha əvvəl Bəhreyn və Portuqaliyada baş tutan qran-prilərin də qalibi olmuş, İtaliyadakı ikinci yarışda isə ikinci olmuşdu.
Mövsümün geridə qalan 4 qran-prisinin yekununa əsasən, Hamilton 94 xalla liderliyini qoruyub. Ferstappen 80 xalla 2-ci, Bottas 47 xalla 3-cüdür.
Konstruktorların mübarizəsində isə “Mercedes” 141 xalla 1-ci, “Red Bull” 111 xalla 2-ci, “Maklaren” 65 xalla 3-cü yerdə gedir.
Pilotların yarışında ilk 10-luq:
Luis Hamilton (Mersedes) – 94
Maks Ferstappen (Red Bull) – 80
Valtteri Bottas (Mersedes) – 47
Lando Norris (Maklaren) – 41
Şarl Lekler (Ferrari) – 40
Serxio Peres (Red Bull) – 32
Daniel Rikkardo (Maklaren) – 24
Karlos Sayns (Ferrari) – 20
Esteban Okon (Alpine Reno) – 10
Pyer Qasli (Alfa Tauri) – 8
Konstruktorların xal sıralaması:
Mersedes – 141
Red Bull Rasinq-Honda – 111
Maklaren-Mersedes – 65
Ferrari – 60
Alpine-Reno – 15
Alfa Tauri-Honda – 10
Aston Martin-Mersedes – 5
Alfa Romeo-Ferrari – 0
Uilyams-Mersedes – 0
Haas-Ferrari – 0


